...

DeepSeek süni intellekti ABŞ üçün təhlükə yaratmır - Tramp

Dünya xəbərləri Materials 8 Fevral 2025 04:21 (UTC +04:00)
DeepSeek süni intellekti ABŞ üçün təhlükə yaratmır - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çinin DeepSeek chatbotunun ölkəsinin milli təhlükəsizliyinə təhdid yaratmadığını bildirib.

Trend xəbər verir ki, Trampın sözlərinə görə, bu texnologiya süni intellektin inkişafını sürətləndirərək xərcləri azaltmağa imkan verəcək.

Jurnalistlərin DeepSeek-in təhlükəsizlik riski daşıyıb-daşımadığı barədə sualına cavab verən Tramp qısa şəkildə “Xeyr” cavabını verib.

“Bu, inkişaf edən bir texnologiyadır. Düşünürəm ki, biz bu sahədə qalib gələcəyik”, – deyə Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Vaşinqton administrasiyasının rəhbəri əlavə edib ki, “Söhbət etdiyimiz süni intellekt daha ucuz olacaq. Mən bunu pis yox, çox yaxşı inkişaf kimi qiymətləndirirəm”.

Xəbər lenti

Xəbər lenti