Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibəyə görə Ukraynanı günahlandırıb.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Ağ Ev rəhbəri Ukraynanın ABŞ-Rusiya danışıqlarından kənarda qalması ilə bağlı rəsmi Kiyevin şikayətlərini şərh edərkən bildirib ki, rəsmi Kiyev vaxtında razılığa gələ bilsəydi, o qədər torpaq itirməzdi.
ABŞ-nin prezidenti ukraynalı həmkarı Volodimir Zelenskinin danışıqlardan kənarda qalması ilə bağlı “əsəbiləşmələrindən məyus olduğunu” vurğulayıb.
“Eşitdim ki, onlara (danışıqlarda) yer verilməməsinə görə əsəbləşiblər, bu xəbərdən çox məyus oldum. Deyiblər ki, “eh, bizi dəvət etməyiblər”, sizə üç il idi ki,yer verilmişdi , hətta ondan da əvvəl. Bu, sizin üçün çox asan həll oluna bilərdi. Bunu gərək heç vaxt başlatmayaydınız. Siz razılaşmaya gələ bilərdiniz”, - deyə Tramp Floridanın Maralaqo kurortunda jurnalistlərə verdiyi açıqlamada bildirib.