Bakı. Trend:
ABŞ BMT Baş Assambleyasında Ukrayna ilə bağlı əvvəllər təklif etdiyi neytral qətnamənin dəstəklənməsinə və anti-Rusiya qətnaməsinin əleyhinə səs verməyə çağıran diplomatik nota yayıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, ABŞ ölkələrdən fevralın 24-də təqdim oluna biləcək "hər hansı digər qətnamə və ya düzəlişlərin əleyhinə səs vermələrini" istədi. ABŞ öz çağırışını onunla izah edib ki, onun təklif etdiyi layihə “bir sadə ideyaya – müharibənin dayandırılmasına yönəlmiş perspektiv qətnamə”dir.
ABŞ həmçinin hesab edir ki, onların sənədini qəbul etməklə “BMT-yə üzv dövlətlər BMT-nin əsas məqsədi olan beynəlxalq sülh və təhlükəsizliyə həqiqi təkan verə biləcəklər”.