...

Roma Papasının son vəziyyəti açıqlanıb

Dünya xəbərləri Materials 27 Fevral 2025 00:48 (UTC +04:00)
Roma Papasının son vəziyyəti açıqlanıb

Bakı. Trend:

Pnevmoniyadan müalicə olunan Papa Fransisk özünü yaxşı hiss edir.

Trend-in məlumatına görə, bu barədə "Vatican News" xeber agentliyi Müqəddəs Taxt-Tacın Möhür Zalına istinadən bildirib.

"Müqəddəs Atanın vəziyyəti son 24 saat ərzində bir qədər yaxşılaşıb", - deyə Vatikanın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, son günlər ortaya çıxan yüngül böyrək çatışmazlığı artıq müşahidə olunmur. Həmçinin, çərşənbə axşamı axşam pontifikin döş qəfəsinin KT müayinəsi nəticəsində pnevmoniya ilə bağlı yeni problem aşkar edilməyib.

Çərşənbə günü aparılan qan analizi onun vəziyyətinin yaxşılaşdığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti