...

Almaniyada təyyarə qocalar evinin həyətinə eniş edib

Dünya xəbərləri Materials 3 Mart 2025 12:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyada “Bristell” aviaşirkətinə məxsus kiçik sərnişin təyyarəsi Bavariyanın Filshoven hava limanından qalxdıqdan sonra nasazlıqla bağlı həyəcan siqnalı göndərib və qocalar evinin qarşısına məcburi eniş edib.

Trend xəbər verir ki, bu haqda “Bild” yazır.

Nəşrin yazdığına görə, insident martın 2-də günorta saatlarında baş verib və uçuş zamanı təyyarənin göyərtəsində cəmi 2 sərnişin olub. İlkin məlumatda deyilir ki, təyyarənin mühərriki sıradan çıxıb.

“Təyyarə dönməyə başlayıb və pilot qəza enişi etməyə məcbur qalıb”, - deyə məlumatda qeyd olunur.

Qeyd olunur ki, layner “Donautal” qocalar evindən 50 metr aralıda enib. İnsident nəticəsində heç kəs xəsarət almayıb.Qəza yerinə şəhərin fövqəladə hallar xidmətinin əməkdaşları səfərbər olunub. İlkin hesablamalara görə, dəymiş ziyan 150 avro səviyyəsində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti