...

Türkiyənin fevral ayında elektrik ixracı artıb

Dünya xəbərləri Materials 5 Mart 2025 13:14 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına elektrik ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz artaraq, 2 milyon 520 min 717 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 296 min 350 dollar məbləğində elektrik ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 0,8 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində elektrik ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti