...

Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik - Ərdoğan

Dünya xəbərləri Materials 12 Mart 2025 23:14 (UTC +04:00)
Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik - Ərdoğan

Bakı. Trend:

Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edir.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyə Ərdoğan bildirib.

Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə evsahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti