...

Tramp Baydeni bu şəkillə məsxərəyə qoydu (FOTO)

Dünya xəbərləri Materials 17 Mart 2025 10:12 (UTC +04:00)
Tramp Baydeni bu şəkillə məsxərəyə qoydu (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ lideri Donald Tramp Ağ Evdəki postda sələfi olan Co Baydeni məsxərəyə qoyub.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında mem paylaşıb.

Şəkildə divardan asılmış üç fotoşəkil təsvir olunub. Birincidə və üçüncüdə Trampın hakimiyyət müddətlərini əks etdirən portreti əks olunub. Ortada olan şəkildə isə, məntiqə görə, keçmiş prezident Co Baydenin fotoşəkli olmalı olsa da, əvəzində orada kağız üzərində Baydenin imzasını çəkən cihaz təsvir olunub.

Tramp bununla Baydenin hakimiyyəti dövründə onun əksər fərman və sərəncamlarının imza qoyan cihaz vasitəsilə imzalandığı ilə bağlı iddialara eyham vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti