...

Niger Beynəlxalq Frankofoniya Təşkilatından çıxdığını elan edib (FOTO)

Dünya xəbərləri Materials 18 Mart 2025 09:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niger Beynəlxalq Frankofoniya Təşkilatından çıxışla bağlı qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə ölkənin xaricdə olan diplomatik və konsulluq nümayəndələrinə göndərilən rəsmi bildirişdə qeyd olunur.

Nigerin Xarici İşlər Nazirliyinin Baş Katibliyi tərəfindən imzalanmış sənədə əsasən, ölkənin rəhbərliyi bu qərarı suveren şəkildə qəbul edib və təşkilatı 7 mart 2025-ci il tarixli nota ilə məlumatlandırıb.

Diplomatik nümayəndəliklərə akkreditasiya olunduqları ölkələrdəki hökumətləri bu barədə məlumatlandırmaları tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti