...

Yaxın Şərqdəki gərginlik neft qiymətlərinin artımına yol açıb

Dünya xəbərləri Materials 18 Mart 2025 12:12 (UTC +04:00)
Yaxın Şərqdəki gərginlik neft qiymətlərinin artımına yol açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın Şərqdə gərginliyin artması fonunda neft qiymətləri bahalaşmağa başlayıb.

Trend xəbər verir ki, İsrailin Qəzzada genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsindən sonra Brent markalı neftin fyuçersləri 0,56 faiz bahalaşaraq bareli 71, 47 dollara yüksəlib.

Qiymətlərin artımına təsir göstərən digər siyasi-hərbi faktor isə ABŞ ordusu ilə Yəməndən olan Husi hərəkatı arasında yaşanan gərginlikdir.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp orduya Husilərin mövqelərinə güclü zərbələrin endirilməsini əmr etmiş və İranı yəmənli üsyançılara hərtərəfli yardım və dəstək göstərməkdə ittiham etmişdi. Bunların fonunda neft iki gündür ki, bahalaşmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti