...

Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımı köçürüb

Dünya xəbərləri Materials 20 Mart 2025 13:59 (UTC +04:00)
Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımı köçürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası (AK) hazırkı 18,1 milyard avroluq proqram çərçivəsində Ukraynaya növbəti 1 milyard avroluq makromaliyyə yardımı tranşını köçürüb.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.

Qeyd edilir ki, 18,1 milyard avro "Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən ödənilməli olan 45 milyard avronu təmin etməyi hədəfləyən G7 kredit proqramında Aİ-nin payıdır".

Beləliklə, ilin əvvəlindən Avropa Komissiyası artıq Kiyevə 4 milyard avro vəsait ayırıb. Bu pul Ukraynanın kreditlərinə xidmət etmək və ölkənin büdcəsini doldurmaq üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti