...

Cənubi Koreyada Rusiya gəmisi yanıb: yaralılar var

Dünya xəbərləri Materials 26 Mart 2025 11:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya sahillərində Rusiyaya məxsus “Crystal Asia” gəmisində baş vermiş yanğın nəticəsində 6 Rusiya vətəndaşı müxətlif dərəcəli xəsarətlər alıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu haqda RF-in Pusan şəhərindəki baş konsulluğu bəyanat yayıb.

“26 mart 2025-ci ildə saat 07:14-də (Bakı vaxtı ilə 02:14) Kamçhon limanından 8 kilometr aralıda, dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində yanğın baş verib”, -məlumatda qeyd olunur.

Qeyd edilir ki, gəmidə 23 nəfər heyət üzvü olub, onlardan 22-i Rusiya vətəndaşlarıdır.

Yaralananlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti