...

İran və ABŞ arasında danışıqlar gələn həftə davam edəcək - İran XİN

Dünya xəbərləri Materials 12 Aprel 2025 18:27 (UTC +04:00)
İran və ABŞ arasında danışıqlar gələn həftə davam edəcək - İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı barəsində İran və ABŞ arasında dolayısı yolla aparılan danışıqlar gələn həftə davam edəcək.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün (12 aprel) Oman paytaxtı Məsqətdə baş tutan danışıqlara İranın xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkof (Steve Witkoff) başçılıq edib. Vasitəçi isə Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidi olub.

Bildirlir ki, İranın dinc nüvə proqramı və İran əleyhinə sanksiyaların ləğv edilməsi ilə əlaqədar danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında keçirilib. Beləliklə 2,5 saat davam edən danışıqlar az öncə başa çatıb.

Həmçinin bildirilib ki, İran və ABŞ nümayəndə heyətlərinin rəhbərləri danışıqlar məkanını tərk etdikləri zaman Oman xarici işlər nazirinin ilə istirakı ilə bir neçə deqiqə söhbətləşiblər.

Qeyd edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti