...

Rumıniyada prezident seçkilərinin ikinci turuna start verildi

Dünya xəbərləri Materials 18 May 2025 09:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb.

Trend-in məlumatına görə, ölkə üzrə 19 minə yaxın seçki məntəqəsi açılıb.

Məntəqələr yerli vaxtla saat 07:00-da açılıb və rəsmi olaraq saat 21:00-da bağlanacaq. Lakin bu saatda növbədə qalan seçicilərə saat 23:59-a qədər səs verməyə icazə veriləcək.

Səsvermə zamanı təhlükəsizliyin və asayişin qorunmasına 43 mindən çox polis və jandarm cəlb olunub.

Seçkilərdə iştirak etmək üçün ölkədə 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Xaricdə yaşayan Rumıniya vətəndaşları üçün səsvermə cümə günü başlayıb və artıq üçüncü gündür davam edir.

Prezident postu uğrunda mübarizəni müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion və Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan aparır.

Qeyd edək ki, bu seçkilər təkrar səsvermə xarakteri daşıyır. Belə ki, 2024-cü il noyabrın 24-də keçirilən ilk turda millətçi namizəd Kalin Corcesku ən çox səs toplasa da, Konstitusiya Məhkəməsinin qərarı ilə seçkilərin nəticələri ləğv edilmiş və yeni tarix təyin olunmuşdu.

Xəbər lenti

Xəbər lenti