Bakı. Trend:
19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.
Vurğulanır ki, Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.
Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.