...

Bu ölkədə işçilər zavoddan 161 min dollar dəyərində qızıl oğurlamaq istədilər

Dünya xəbərləri Materials 17 May 2025 17:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistanın dövlət təhlükəsizlik xidməti Navoy şəhərində yerləşən 3 saylı hidrometalurgiya zavodunun işçilərinin tərkibində 1,5 kq-dan çox qızılolan iki kiloqramlıq yarımfabrikatı oğurlamaq cəhdinin qarşısını alıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan DTX-nin “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, iki usta və bir sex işçisi əvvəlcədən əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı müəssisənin içindəki hava təmizləmə borusunda gizlədiblər.

Sözügedən yarımfabrikatın tərkibində 1 kiloqram 523 qram xalis qızıl olub və onun bazar dəyəri təxminən 161,7 min ABŞ dolları təşkil edir.

Oğruluq cəhdində şübhəli bilinənlərə qarşı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti