Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 18,4 min ton asfalt istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 10,9 min ton və ya 37,2% azalıb.
Eyni zamanda cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1,4 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 171,6 min ton və ya 11,2% azdır.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,6 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-aprel aylarında istehsalın ümumi dəyəri 401,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz azalıb.