...

“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının enerji istehsalı açıqlanıb

Cəmiyyət Materials 18 May 2025 10:30 (UTC +04:00)
“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının enerji istehsalı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunda yerləşən “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyalarında bu günə qədər istehsal olunmuş enerji həcmi məlum olub.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, 2024-cü il mayın 18-də Oxçuçay üzərində inşa edilən “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib.

Hər iki stansiyanın ümumi gücü 10,5 meqavatdır və hər birində gücü 5,25 MVt olan iki hidroaqreqat quraşdırılıb.

Qeyd olunur ki, fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 milyon kilovat-saat, “Şayıflı” KSES-də isə 29,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Xəbər lenti

Xəbər lenti