...

"Sabah"ın U-10 komandası Kazanda gümüş medal qazandı

İdman Materials 18 May 2025 13:24 (UTC +04:00)
"Sabah"ın U-10 komandası Kazanda gümüş medal qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kazan şəhərində təşkil olunan "East Cup Kazan" beynəlxalq futbol turniri başa çatıb.

Trend xəbər verir ki, Azərbaycanın “Sabah” klubunun U-10 komandası finalda meydan sahibi “Rubin” (Kazan) komandası ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada "Sabah" 3:4 hesabı ilə məğlub olub və turnirin gümüş medalına sahib çıxıb.

Komandaya baş məşqçi Məhərrəm Müslümzadə rəhbərlik edib. Turnirdə fərdi mükafata da layiq görülən "Sabah"ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı oyunçusu seçilib.

Xəbər lenti

Xəbər lenti