Bakı. Trend:
Nigeriyanın cənub-qərbində yerləşən Niger çayında bərənin batması nəticəsində azı 37 nəfər boğularaq həyatını itirib.
Trend-in məlumatına görə, bu barədə “Cable” portalı xəbər yayıb.
Faciə Kvara əyalətinin Qbaciqbo bölgəsində baş verib. İlkin məlumatlara əsasən, bərənin həddindən artıq yüklənməsi qəzaya səbəb olub.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.