Bakı. Trend:
"Red Bull" komandasının hollandiyalı pilotu Maks Verstappen 2025-ci il "Formula-1" dünya çempionatının yeddinci raundu – Emiliya-Romanya Qran Prisində qalib gəlib.
Trend xəbər verir ki, Verstappen ardıcıl üçüncü, mövsümdə isə dördüncü qələbəsini qazanıb. İkinci yeri Britaniyalı "McLaren" pilotu Lando Norris tutub, onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri isə üçüncü olub.
Ümumi çempionat liderliyini 146 xalla Piastri qoruyur. Norris 133 xalla ikinci, Verstappen isə 124 xalla üçüncü yerdədir. Konstruktorlar Kubokunda isə "McLaren" liderdir (279 xal), "Mercedes" ikinci (147), "Red Bull" isə üçüncü sıradadır (131 xal).
Növbəti mərhələ mayın 23-25-də Monakoda keçiriləcək.