...

Mahir Emreli mövsümü het-triklə başa vurdu

İdman Materials 18 May 2025 19:54 (UTC +04:00)
Mahir Emreli mövsümü het-triklə başa vurdu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya 2-ci Bundesliqasında sonuncu – 34-cü turun qarşılaşmaları baş tutub.

Trend-in məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə autsayderlərdən “Braunşveyq”i 4:1 hesabı ilə məğlub edib.

Qonaqlar birinci hissədə rəqib qapısından 4 top keçirib və onların üçü Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ayağından gəlib. O, het-trik etməklə komandasının mövsümə qələbə ilə yekun vurmasında əsas pay sahibi olub.

Bu nəticə ilə “Nürnberq” xallarını 48-ə yüksəldərək mövsümü 10-cu pillədə başa vurub. Mahir Emreli isə 2-ci Bundesliqada keçirdiyi 24 oyunda 10 qolla yadda qalıb.

Xəbər lenti

Xəbər lenti