Bakı. Trend:
Misirin Şarm əl-Şeyx hava limanında reklam lövhəsi iki sərnişinin üzərinə aşıb.
Trend-in xəbərinə görə, hadisə sərnişinlərin Astana reysinə minməsi zamanı baş verib.
İnsident zamanı sərnişinlərdən biri ölüb, digəri isə ağır kəsik yaraları alıb.
Hər iki zərərçəkənin Qazaxıstan vətəndaşları olduğu bildirilir.