Mingəçevir. Trend:
Mingəçevirdə 58 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Trend-in yerli müxbirinin xəbərinə görə, bədbəxt hadisə şəhərin "Şəfa bağları" adlanan ərazisində olan həyət evlərindən birində baş verib.
Şəhər sakini Firdovsi Adıgözəlov həyətlərində tut yığmaq üçün çıxdığı ağacdan yıxılaraq yerə çırpılıb. Nəticədə F.Adıgözəlov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır