...

Böyük Britaniya nüvə sualtı qayıqlarını dəstəkləyən köməkçi donanmanı təkmilləşdirəcək

Dünya xəbərləri Materials 18 May 2025 14:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələri Vanguard sinifli nüvə silahı olan sualtı qayıqlarının dəstəklənməsi üçün istifadə edilən köməkçi donanmanın modernləşdirilməsi planlarını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Daily Telegraph" məlumat yayıb.

Ümumi dəyəri 850 milyon funt sterlinq (təxminən 1,1 milyard dollar) olan proqram çərçivəsində növbəti on il ərzində 24 yeni gəmi təhvil veriləcək. Xüsusilə, "Vanguard" və "Astute" sinif nüvə sualtı qayıqlarını dəstəkləmək üçün altı yeni yedək gəmisi alınacaq.

Bundan əlavə, şəxsi heyətin döyüş gəmisindən digərinə daşınması üçün gəmilər, döyüş sursatı daşıyan barjalar, pilot gəmisi və neft barjları yenilənəcək. Bütün bu gəmilər Hollandiyanın Damen şirkəti tərəfindən inşa ediləcək.

Hazırda Böyük Britaniyada 1990-cı illərdə inşa edilmiş dörd "Vanguard" sinifli nüvə sualtı qayığı – "HMS Vanguard", "HMS Vengeance", "HMS Victorious" və "HMS Vigilant" xidmət edir. Bu sualtı qayıqlar Trident II (D5) ballistik raketlərini daşıyırlar.

2021-ci ildə açıqlanan Böyük Britaniya təhlükəsizlik və müdafiə strategiyasına əsasən, bu sualtı qayıqlar 2030-cu illərin əvvəlində yeni "Dreadnought" sinifli sualtı qayıqlarla əvəz olunacaq.

Xəbər lenti

Xəbər lenti