...

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

İdman Materials 18 May 2025 17:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın stolüstü tennis üzrə milli komandası qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədilə Çin Xalq Respublikasında təlim-məşq toplanışına yollanıb.

Trend-in məlumatına görə, millimizin üzvləri – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Nihad Məmmədov, Hilal Həsənov və Vəzir Allahverdiyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə mayın 19-dan 30-dək Hebey vilayətində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcəklər.

Təlim-məşq toplanışı idmançılarımızın texniki və fiziki hazırlığını gücləndirməklə yanaşı, onların beynəlxalq arenada daha uğurlu çıxış etmələrinə dəstək verməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti