Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.
Trend-in məlumatına görə, Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da "Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb. 12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.
Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.
Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.