...

Baydendə xərçəng xəstəliyinin aqressiv forması aşkarlanıb

Dünya xəbərləri Materials 19 May 2025 00:22 (UTC +04:00)
Baydendə xərçəng xəstəliyinin aqressiv forması aşkarlanıb

Bakı. Trend:

Həkimlər mayın 16-sı ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyublar.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

"Xəstəliyin formasının daha aqressiv olmasına baxmayaraq, xərçəng hormonal terapiyaya tabe olur, bu da onu effektiv şəkildə idarə etməyə imkan verir", - deyə C.Baydenin nümayəndəsi bildirib.

Bildirilib ki, Prezident və ailəsi hazırda həkimlərlə müalicə variantlarını araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti