...

Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edəcək

Maraqlı Materials 18 May 2025 20:30 (UTC +04:00)
Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov iyunun 25-dən 30-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək sürətli şahmat üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Trend-in məlumatına görə, “Chess Stars 5.0” adlı turnirdə bir sıra tanınmış şahmatçılar mübarizə aparacaq.

Rəcəbovla yanaşı, turnirdə rusiyalı qrossmeysterlər Sergey Karyakin, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno və Valentina Qunina da iştirak edəcəklər.

Yarışda həmçinin İran təmsilçisi Amin Tabatabaei, Hindistandan Raunak Sadhvani, Çindən Hou Yifan və Qazaxıstandan Bibisara Asaubayeva da yer alacaqlar.

Qeyd edək ki, turnirin mükafat fondu 15 milyon rubldur (təxminən 315 min manat).

Xəbər lenti

Xəbər lenti