...

HƏMAS atəşkəs müqabilində doqquz nəfərə qədər girovu azad etməyə hazırdır

Dünya xəbərləri Materials 18 May 2025 23:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatı anklavda iki aylıq atəşkəs müqabilində Qəzza zolağında saxlanılan doqquz nəfərə qədər girovu azad etməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti xəbər verib.

Məlumata əsasən, HƏMAS-ın nümayəndəsi bildirib ki, hərəkat 60 günlük atəşkəs və İsrailin 300 fələstinli məhbusu azad etməsi müqabilində 7-9 girovu azad etməyə razıdır.

Qeyd edək ki, mayın 17-də İsrail müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Fələstin anklavında "Qideonun arabaları" əməliyyatının birinci mərhələsini başlatdıqdan sonra HƏMAS nümayəndə heyəti Qəzza zolağındakı girovlarla bağlı müzakirələri davam etdirmək üçün Dohada danışıqlar masasına qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti