Bakı. Trend:
Türkiyə estradasının məşhur müğənnisi və nəğməkar-şairi İlhan Şeşen 76 yaşında dünyasını dəyişib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Türkiyədə “Sarılınca Sana”, “Ellerimde Çiçekler” və “Neler Oluyor Bize” kimi dillər əzbəri olan mahnılarla məşhurlaşan müğəni 2023-cü ildən ağciyər xərçəngindən əziyyət çəkirdi.
18 iyun 1948-ci ildə Manisada anadan olmuş İlhan Şeşen Hüquq fakültəsini bitirdikdən sonra 10 il müstəqil vəkil kimi çalışıb. 1968-ci ildə dans musiqisi orkestrlərində müğənnilik etməklə musiqi karyerasına başlayıb və elə həmin il gitara çalmağı öyrənib.