...

Venesuela 600 minədək “Bitcoin”dən ibarət gizli kriptovalyuta ehtiyatı toplaya bilər

Dünya xəbərləri Materials 7 Yanvar 2026 05:57 (UTC +04:00)
Venesuela 600 minədək “Bitcoin”dən ibarət gizli kriptovalyuta ehtiyatı toplaya bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela neft, qızıl və digər dövlət aktivlərinin satışından əldə olunan gəlirlər hesabına 600 minədək “Bitcoin” (BTC) həcmində gizli kriptovalyuta ehtiyatı formalaşdırmış ola bilər.

Trend xəbər verir ki, bu barədə “Cryptopolitan” nəşri məlumat yayıb.

Bununla belə, nəşr yayılan məlumatların hələlik rəsmi şəkildə təsdiqlənmədiyini vurğulayır.

Məlumata görə, Venesuela hökuməti ABŞ sanksiyalarından yan keçmək məqsədilə dövlət aktivlərinin bir hissəsini kriptovalyutaya çevirmiş ola bilər. Bildirilir ki, 2018–2020-ci illər ərzində ölkə təxminən 2,7 milyard dollar dəyərində 73 ton qızıl satıb və bu vəsaitin mənbələrə görə təxminən 400 min BTC-yə çevrildiyi iddia olunur.

Ehtiyatın qalan hissəsinin isə neft gəlirləri ilə bağlı olduğu qeyd edilir. İddialara əsasən, 2025-ci ilin sonuna qədər Venesuela neft ixracının 80 faizə qədərinin USDT stabilkoini ilə ödənildiyi, daha sonra isə mümkün hesab dondurmalarından yayınmaq üçün bu vəsaitlərin “Bitcoin”ə çevrildiyi bildirilir.

Venesuelanın mümkün kriptovalyuta ehtiyatlarının ümumi həcmi ilə bağlı təxminlər 600 min ilə 660 min BTC arasında dəyişir ki, bu da cari qiymətlərlə on milyardlarla dollar dəyərində qiymətləndirilir. Bu fərziyyələr həmçinin 2024-cü ildə bağlanan dövlətə məxsus “Petro” kriptovalyutasının fəaliyyəti dövründə stabilkoinlərdən istifadənin artması ilə də əlaqələndirilir.

Xəbər lenti

Xəbər lenti