...

Vladimir Putin Azərbaycan səfirinin etimadnaməsini qəbul edəcək

Dünya xəbərləri Materials 13 Aprel 2006 13:04 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin səkkiz ölkə səfirinin etimadnaməsini Böyk Kreml sarayında qəbul edəcək.

Trend agentliyinin məlumatına görə, Kremlə Azərbaycan, Qvatemala, Mərakeş, Qazaxstan, Fələstin, Qana, Yeni Zelandiya və Misirin səfirləri dəvət olunub.

Etimadnamə vasitəsilə diplomatik nümayəndəliklərin akreditasiyası gerçəkləşdirilir. Bu sənəd missiyanın nümayəndəlik (diplomatik) xarakterini və diplomatik nümayəndənin şəxsiyyətini müəyyənləşdirir.

Etimadnamədə göndərən və alan tərəflərin adı və titulu, diplomatik nümayəndənin adı və rütbəsi, eləcə də sonuncuya məhz həmin ölkənin nümayəndəsi kimi inanmaq xahişi əksini tapır.

Diplomatik nümayəndə etimadnaməni dövlət başçısının birinci qəbulunda təqdim edir, onun təsdiqlənmiş surətinini isə əvvəlcədən xarici işlər nazirinə göndərir.

Ənənəyə görə, prezident etimadnamələri qəbul edir və daha aktual beynəlxalq problemlərə dair nitqlə çıxış edir, eləcə də etimadnamələri təqdim olunan səfirlərin ölkələri ilə Rusiyanın əlaqələrini xarakterizə edir.

Mərasim protokoluna əsasən, xarici ölkə səfiri Kremlə onun dalınca göndərilmiş ZİL markalı maşında gəlir.

"Prezidentlər dövründə Kremlin gündəlik həyatı" kitabında ilk Rusiya prezidenti protokulunun şefi Vladimir Şevçenkonun yazdığına görə, mərasimin başlanmasına 20 dəqiqə qalmış xarici ölkə səfirləri Kremlin daxili həyətinə daxil olurlar. Sonra isə ön qapıdan sarayın ikinci mərtəbəsinə qalxırlar.

Etimadnamələrin təqdimat mərasimi adətən ildə bir neçə dəfə keçirilir. Sonuncusu fevralın 3-də baş tutub. RİA "Novosti" agentliyinin yazdığına görə, bu mərasimdə doqquz ölkə - Venesuella, Konqo, Zimbabve, Moldova, Panama, Rumıniya, Çexiya və Estoniya səfirləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti