...

Finlandiya XİN-nin rəhbəri Gürcüstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 18 Aprel 2006 13:22 (UTC +04:00)

Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya çərşənbə axşamı rəsmi səfərlə Gürcüstana gəlir. Trend in verdiyi məlumata görə, bu barədə Finlandiyanın XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Tuomioya Gürcüstan prezidenti Mixail Saakaşvili və xarici işlər naziri Gela Bejuaşvili ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional siyasət məsələləri, eləcə də Gürcüstanla AB arasında münasibətlər və aktual məsələlər müzakirə olunacaq.

Tuomioya həmçinin Strateji Araşdırmalar Mərkəzində çıxış edəcək və Finlandiyanın Tbilisidəki fəxri konsulluğunun açılışında iştirak edəcək.

Finlandiyalı nazir Gürcüstandan sonra Əfqanıstana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti