...

Vardan Oskanyan: ABŞ Ermənistanda yeni atom stansiyasının inşası barədə ciddi surətdə düşünür

Dünya xəbərləri Materials 19 Aprel 2006 11:38 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bəyan edib ki, "bu gün amerikalılar Ermənistanda yeni atom stansiyasının inşası məsələsinə daha böyük anlayışla yanaşır". Trend in "Mediamaks" agentliyinə istinadən xəbər verdiyi kimi, Vardan Oskanyan aprelin 19-da İrəvanın "Aykakan Jamanak" qəzetində dərc edilmiş müsahibəsində bildirib ki "vaxt var idi, onlar bu barədə eşitmək belə istəmirdi ". "Bu gün ABŞ həmin məsələyə maraq göstərir, müzakirə edir və düşünürəm ki, ölkədəki köhnə atom stansiyasının yenisi ilə əvəz olunması şansı var.", -deyə o bəyan edib.

"Düşünürəm ki, ABŞ atom stansiyası vasitəsilə həm də regional məsələləri həll etmək istəyir və bununla əlaqədar yeni AES-in inşası real görünür. Məhz buna görə ABŞ bu barədə ciddi surətdə düşünür", - deyə Vardan Oskanyan əlavə edib.

Xəbər lenti

Xəbər lenti