...

Xəzərin Qazaxıstan sahilində 95 ölü suiti və mindən artıq nərə balığı aşkarlanıb

Dünya xəbərləri Materials 6 May 2006 14:19 (UTC +04:00)

Xəzərin Qazaxıstan sahilində 95 ölü suiti və 1 min 68 baş nərə balığı aşkarlanıb. Ətraf Mühitin Mühafizəsi üzrə Vilayət İdarəsinin rəisi Iklas Noqayevin sözlərinə görə, bu, dəqiqləşdirilmiş rəqəmdir.

Onun dediklərinə görə, analizlər hələ nəticə verməyib. Respublika Baytarlıq Xidmətinin Mangistau filialında aparılmış analizlər daha dəqiq tədqiqat üçün Atırauya göndərilib. I.Noqayevin fikrincə, heyvan və balıqların məhvi qəza nəticəsində dənizdəki neft quyularının birindən çirkləndirici maddələrin sızması ilə bağlı ola bilər.

Xəbər lenti

Xəbər lenti