...

Moskvada dini liderlərin ekspert görüşü keçirilir

Dünya xəbərləri Materials 25 May 2006 15:44 (UTC +04:00)

Mayın 25-də Moskvada dünyanın dini birlik nümayəndələrinin ekspert görüşü başlayıb. Görüşdə dini liderlərin Ümumdünya sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Trend in ANN-a istinadən xəbər verdiyi kimi, görüşdə Albaniya, Bəhreyn, Bolqarıstan, Bosniya, Almaniya, Misir, İsrail, Hindistan, İran, İtaliya, Çin, Qırğızıstan, Latviya, Rumıniya, Suriya, ABŞ, Finlandiya, İsveçrə, Estoniya və Ermənistandan xristianlıq, iudaizm, islam, buddizm və induizm dinlərinin nümayəndələri iştirak edir.

Görüşdə dini liderlərin iyulun 3-5-də Moskvada keçiriləcək Ümumdünya sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti