...

Gürcüstan Qazaxıstana gürcü şərabının tədarükünü ikiqat artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 5 İyun 2006 12:27 (UTC +04:00)

Gürcüstan gürcü şərabının Rusiyada qadağan olunması ilə əlaqədar bu məhsulun Qazaxıstana tədarükünü ikiqat artırmaq niyyətindədir.

Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, bu barədə "Samtrest" SC-nin Qazaxıstanda olan baş direktoru Vasil Monoqadze bildirib.

"Ötən il Qazaxıstana 1 mln şüşə şərab tədarük olunub və biz bu göstəricini ikiqat artırmaq niyyətindəyik", - deyə V.Monoqadze qeyd edib.

Onun fikrincə, hazırda Gürcüstan hökuməti Rusiyada qadan olunduqdan sonra gürcü şərabı bazarlarını diversifikasiya etmək niyyətindədir.

Bundan başqa Gürcüstan hökuməti həm ölkədə, həm də Qazaxıstanda bu məhsulun keyiyyətinə ciddi nəzarət etməyi planlaşdırır. V.Monoqadzenin sözlərinə görə, bu gün Gürcüstanda 60-dan çox şərab müəssisəsi fəaliyyət göstərir. Gürcü şərabı dünyanın 17 ölkəsinə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti