Latviya prezidenti Vayra Vike-Freyberqa ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının birgə iclasında çıxış edərək NATO-ya üzv ölkələri alyansın Riqada keçiriləcək sammitində Ukrayna və Gürcüstanla əməkdaşlığın genişləndirilməsi barədə elan etməyə çağırıb. "Latviya NATO ilə daha sıx əlaqələrə can atan Ukrayna və Gürcüstanı dəstəkləyir", - deyə Vayra Vike-Freyberqa bildirib. O, NATO üzvlərini qarşıdakı sammitdə bu ölkələrlə əməkdaşlığın konkret və genişləndirilmiş formalarını hazırlamağa çağırıb.
Trend in Praym-Nyus-a istinadən xəbər verdiyi kimi, o vurğulayıb ki, Latviya "AB və NATO-nun qonşusu olan Rusiya ilə gələcəyə yönəlmiş dostluq və praqmatik əlaqələrin inkişafına hazırdır.