...

Rusiyaya çaxır tədarükündə Gürcüstanın heç bir problemi olmayacaq

Dünya xəbərləri Materials 14 İyun 2006 13:04 (UTC +04:00)

Vladimir Putin hesab edir ki, saxta məhsul problemi həll olunduqdan sonra Rusiyaya çaxır tədarükündə Gürcüstanın heç bir problemi olmayacaq.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, jurnalistlərin gürcü çaxırı ilə bağlı vəziyyət haqqında sualına cavab verərkən, Rusiya prezidenti qeyd edib: "Bu, yalnız gürcü çaxırına deyil, istənilən məhsula aiddir".

Putin qeyd edib ki, o, Gürcüstan prezidenti Mixail Saakaşviliyə saxta məhsulla mübarizədə atdığı ciddi addımlara görə minnətdardır.

"Biz də öz ölkəmizdə eyni işləri görəcəyik", - deyə dövlət başçısı bildirib və qeyd edib ki, Rusiyada alkoqolizmlə bağlı kəskin problem var, məhsulun 60%-i isə saxtadır.

"Bu problemi həll etmək (Gürcüstanda) lazımdır və o zaman Rusiya Federasiyasının bazarlarına çıxmaq üçün heç bir problem olmayacaq", - deyə Putin vurğulayıb.

Gürcüstan prezidenti bu barədə bildirib: "Mən ümid edirəm ki, bu məsələ həll olunacaq, çünki bizim çaxırımız qurtara bilər. Mən Rusiyanın çaxırsız qalmasını istəmirəm".

Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko Moldaviya və Gürcüstandan gətirilən şərablarda Rusiyada qadağan olunmuş pestisidlərin aşkar olunması ilə əlaqədar martın 27-də bu şərabların ixracına qadağa qoyub. Bir neçə gündən sonra konyak və şampan şərabları da bu siyahıya əlavə olunub.

Öz növbəsində, Gürcüstan prezidenti Mixail Saakaşvili may ayının əvvəlində öz nazirlərini Avropa ölkələrindən alınmış saxta gürcü çaxırını içməyə məcbur edib. O, hökümət iclasına gürcü və ingilis dilində etiketli üç butulka - Bolqarıstandan "Kindmareuli", "Svançkara" və İspaniyadan "Xvancara" gətirib.

"Bizim Avropa ölkələrinin supermarketlərindəki vitrinlərimiz bu "şedevrlərlə" doludur. Mən bunu öz gözlərimlə görmüşəm. Orada gürcü çaxırlarını həvəslə alırlar. Onlar isə yalnız bu cür çaxırlardır", - deyə Saakaşvili gətirdiyi nümunələri göstərərək bildirib.

Gürcüstan prezidentinin xahişi ilə kənd təsərrüfatı naziri Mixail Sviminoşivili İspaniyadan gətirilmiş "Xvancarı" çaxırından bir stəkan içib. Ona baş nazir Zurab Noqaideli də qoşulub.

Nazirlər kabinetinin digər üzvləri çaxırı dadmaqdan imtina ediblər.

Xəbər lenti

Xəbər lenti