...

Nüvə silahının yayılmaması barədə Müqaviləyə inam ciddi şəkildə sarsıla bilər

Dünya xəbərləri Materials 17 İyun 2006 14:32 (UTC +04:00)

Nüvə silahının yayılmaması barədə Müqaviləyə inam ciddi şəkildə sarsıla bilər. Trend in Kazinforma-a istinadən verdiyi xəbərə görə, bu barədə AQFETM-in ikinci sammitində İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi - Xarici İşlər nazirinin müavini Abbas Erakçi bildirib.

"İran, cəmiyyətin tam hüquqlu üzvü kimi, onun nüvə hazırlığı üzrə fikirlərinə şərikdir və bu müqavilə çərçivəsində öz hüququndan istifadə etmək fikrindədir", - deyə o qeyd edib və əlavə edib ki, "bu siyasət ölkəmizin enerjiyə qarşı artan tələbatının təmin olunması üzrə uzunmüddətli siyasətə əsaslanıb".

"Biz bütün bu məsələlər üzrə Qərblə danışıqlar aparmağa hazırıq, lakin biz xalqımıza nüvə enerjisinin dinc məqsədlərlə istifadəsindən imtiyaz almağı qadağan edə bilmərik. Yeni məhdudiyyətlər ədalətsiz vəziyyəti yalnız şiddətləndirə bilər", - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti