...

Ermənistanın XİN başçısı Cenevrədə BMT İnsan Haqları Şurasının iclasında iştirak edəcək

Dünya xəbərləri Materials 19 İyun 2006 18:02 (UTC +04:00)

Ermənistanın XİN başçısı Vardan Oskanyan 2006-cı il iyunun 20-də insan hüquqları üzrə BMT Şurasının birinci iclasının açılışında iştirak etmək üçün Cenevrəyə gedəcək.

Trend in "ARKA"ya istinadən verdiyi xəbərə görə, V.Oskanyan Cenevrədə erməni icmasının nümayəndələri ilə də görüşəcək. Nazir iyunun 21-də Yerevana qayıdacaq.

İnsan hüquqları üzrə BMT Şurası iyunun 16-da fəaliyyətini dayandırmış İnsan hüquqları üzrə BMT Komissiyasını əvəz edəcək. Şuranın səlahiyyətləri və onun yaranma qaydası haqqında sərəncam bu il martın 15-də Baş Assambleya tərəfindən qəbul olunub.

Şurada səsvermə yolu ilə aşağıdakı qruplar yaranıb: Şərqi Avropa dövlətləri, Afrika dövlətləri, Asiya dövlətləri, Latın Amerikası və Karib hövzəsi dövlətləri qrupu, həmçinin Qərbi Avropa və başqa dövlətlər qrupu.

Xəbər lenti

Xəbər lenti