...

Gürcüstanda Silahlı qüvvələrin "Kavkasioni -2006" adlı geniş təlimləri keçirilir

Dünya xəbərləri Materials 20 İyun 2006 17:00 (UTC +04:00)

Bu günlərdə ölkənin cənubunda "Orfolo" poliqonunda Gürcüstan Silahlı qüvvələrin "Kavkasioni -2006" adlı geniş təlimləri keçirilir.

"Bu - ənənəvi illik təlimlərdir, bu təlimlər üç mərhələ üzrə keçirilir və iyul ayında başa çatır", - deyə Gürcüstanın hərbi idarəsindən "İnterfaks"a bildiriblər. O qeyd edib ki, "təlimlər qapalı xarakter daşıyır, lakin onların final mərhələsində, əvvəllər olduğu kimi, gürcü ordusunun təlimi mətbuat və ictimaiyyət nümayəndələrinə nümayiş olunacaq".

Trend in "Pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, təlimlərdə piyada və tank bölmələri, artilleriya və Hava Müdafiə Qüvvələri iştirak edir.

"Kavkasioni-2006" təlimlərinə cəmi 7 min hərbi qulluqçu cəlb olunub", - deyə Gürcüstanın Müdafiə nazirliyinin nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti