...

Yuliya Timoşenko Ukraynanın baş naziri vəzifəsində "Rusiya ilə qaz razılaşmalarının yenidən baxılmasını tələb edəcək"

Dünya xəbərləri Materials 22 İyun 2006 18:39 (UTC +04:00)

Yuliya Timoşenko Ukraynanın baş naziri vəzifəsində "Rusiya ilə qaz razılaşmalarının yenidən baxılmasını tələb edəcək". "Qaz tədarükü üzrə münasibətlər əlavə olaraq yoxlanmalı və gözdən keçirilməlidir. Bizə Rusiya və Türkmənistan ilə birbaşa güclü münasibətlər lazımdır", - deyə baş nazir Ali Rada /parlament/ iclasının fasiləsində bildirib.

Trend in PRAYM-TASS-a istinadən verdiyi xəbərə görə, Timoşenko ümid edir ki, artıq iyunun 27-nə qədər prezident onun hökümət başçısı vəzifəsinə təyin olunması barədə təklifi parlamentə göndərəcək.

Bu gün Timoşenko BYT, "Bizim Ukrayna" və Sosial partiya blokunun tərkibində "narıncı koalisiya"nın yaradılmasını elan edib. Konstitusiyanın tələb etdiyi kimi, Timoşenko baş nazir seçildikdən sonra Nazirlər kabinetinin tərkibi təsdiq olunmaq üçün parlamentə təqdim olunacaq.

Timoşenko bildirib ki, koalisiya sazişində 243 deputatın imzası var. Lakin "Beşinci" kanalın məlumatına görə, 240 imza toplanıb. Bu 450 deputatdan ibarət parlament əksəriyyətinin imzası deməkdir.

Yuliya Timoşenkonun mətbuat katibi Vitali Çepinoqa İTAR-TASS-a bildirib ki, nazirlik portfellərinin bölüşdürülməsi zamanı XİN nəzərə alınmayıb. "Bu vəzifə prezident təyinatının normasına daxildir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti