...

Saparmurat Niyazov Türkmənistan prokurorluğunda bir sıra kadr dəyişiklikləri edib

Dünya xəbərləri Materials 27 İyun 2006 19:21 (UTC +04:00)

Türkmənistan başçısının fərmanı ilə əvvəllər Axal vilayətinin Tecen etrapının prokuroru vəzifəsini tutan kiçik ədliyyə müşaviri Allamurad Berdiyev Daşoğuz vilayətinin prokuroru təyin olunub. O, işindəki nöqsanlara görə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilən kiçik ədliyyə müşaviri Merdan Atayevi əvəz edib. Elə həmin səbəbdən Marı vilayətinin prokuroru - böyük ədliyyə müşaviri Xudayberdı Nedirov da öz vəzifəsindən azad olunub.

Trend in "Turkmenistan.ru"ya istinadən verdiyi xəbərə görə, Saparmurat Niyazovun qərarına müvafiq olaraq, əvvəllər Lebap vilayətinin prokuror müavini vəzifəsində çalışan kiçik ədliyyə müşaviri Muxammetmurad Bayramov Türkmənistan Baş prokurorunun müavini təyin olunub. Əvvəllər bu vəzifəni Beqenç Recepov tuturdu. O, başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub. Dövlət başçısı tərəfindən imzalanmış analoji sənədə əsasən, başqa işə keçməsi ilə əlaqədar kiçik ədliyyə müşaviri Bazarmuad Ballıyev Daşoğuz vilayəti prokurorunun birinci müavini vəzifəsindən azad olunub.

Xəbər lenti

Xəbər lenti