...

Rusiyada yeni nəsil AES təqdim olunur

Dünya xəbərləri Materials 10 İyul 2006 16:11 (UTC +04:00)

Rusiya şirkətləri iyulun 11-dən 13-dək Çexiyada VVER tipli reaktorlara malik yeni nəsil AES haqqında ətraflı məlumat verəcək və hazırlıq mərhələsində olan AES-2006 baza layihəsi barədə danışacaq.

Trend "Novosti" RİA-ya istinadən xəbər verir ki, təqdimat mərasimi İqtisadi və Texniki Əməkdaşlıq üzrə Rusiya-Çexiya Hökumətlərarası Komissiyasının atom energetikası üzrə işçi qrupunun 3-cü iclasında qəbul olunmuş qərara uyğun olaraq Rjej şəhərində Nüvə Araşdırmaları İnstitutunda keçirilən Rusiya və Çexiya mütəxəssislərinin görüşündə təşkil olunacaq.

"Atomstroyeksport" SC - Rusiyanın xaricdə nüvə obyektlərinin inşası haqqında hökumətlərarası sazişlər gerçəkləşdirən aparıcı təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti