...

Türkiyə ABŞ ilə atom enerjisi problemləri üzrə əməkdaşlığa dair müqaviləni təsdiq edib

Dünya xəbərləri Materials 11 İyul 2006 15:16 (UTC +04:00)

Türkiyə hökuməti 2000-ci ildə ABŞ ilə imzalanmış "Atom enerjisindən dinc məqsədlərlə istifadə məsələsində əməkdaşlıq haqqında" müqaviləni təsdiq edib.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə şərhçiləri qeyd edir ki, bu müqavilə kadrların hazırlanması, texnologiyanın əldə olunması, o cümlədən atomdan dinc məqsədlərlə istifadə sahəsində birgə tədqiqatların aparlımasında ABŞ-ın ölkəyə kömək etməsinə imkan verəcək.

Müqaviləyə zənginləşdirilmiş uranın ABŞ-da alınması ilə bağlı məsələ üzrə bir sıra məhdudiyyətlər də daxildir.

O da qeyd olunur ki, Türkiyəyə xüsusi texnologiyalar qəti surətdə verilməməlidir, ölkədə atom enerjisi proqramı isə hərbi məqsədlərlə istifadə olunmayacaq.

Xəbər lenti

Xəbər lenti