...

ABŞ Dövlət Departamenti: Yaxın günlərdə Şimali Koreya məsələsi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilə bilər

Dünya xəbərləri Materials 14 İyul 2006 15:20 (UTC +04:00)

Yaxın günlərdə Şimali Koreya məsələsi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verilə bilər. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hadisələrin belə inkişaf variantı beynəlxalq ictimaiyyət, xüsusilə də, Çin tərəfindən göstərilən demokratik səylərin heç bir müsbət nəticə verməməsindən irəli gəlir. Belə ki, Pxenyan ilə danışıqlar aparan Çin diplomatlarının hələlik ÇXDR-ın dünya ictimaiyyətinə müsbət cavab verəcəyinə heç bir ümidi yoxdur.

Trend "RBK"ya istinadən xəbər verir ki, Pxenyan tərəfindən dayandırılmış Cənubi və Şimali Koreya arasındakı danışıqları şərh edən Ş.Makkormakın sözlərinə görə, bu hadisə ÇXDR-in konstruktiv mövqe tutmaq istəmədiyinə daha bir sübütdur. "Bu yol Şimali Koreyanın gələcəkdə daha da təcrid olunmasına səbəb olacaq" - deyə o bəyan edib.

Cənubi və Şimali Koreya arasındakı yüksək səviyyəli danışıqlar Cənubi Koreyanın Pxenyandan qitələrarası raketlərin buraxılması üzrə mövqeyini yumşaltmağı tələb etdikdən sonra vaxtından əvvəl dayandırılıb. Buna cavab olaraq ÇXDR Seulun Koreyalararası problemlərdən geri çəkildiyini bəyan edib və Cənubi Koreyanı "altıtərəfli danışıqlar" tematikasını sırımaqda təqsirləndirib.

2006-cı ilin iyulun 4-5-də ÇXDR 7 raketin təlim buraxışını həyata keçirib. Bu arada, Şimali Koreyanın ərazisindən cəmi 11 raket buraxılıb. Sınaqlarda yaxın, orta və uzaq mənzilli raketlər, o cümlədən, Taepodong-2 ( 15 tmin km mənzilli) raketi sınaqdan keçirib.

Xəbər lenti

Xəbər lenti