...

Malayziyanın "Petronas Çariqali (Türkmənistan)" şirkəti Xəzərdən neft hasil etməyə başlayıb

Dünya xəbərləri Materials 17 İyul 2006 19:26 (UTC +04:00)

Malayziyanın "Petronas Çariqali (Türkmənistan)" şirkəti Diyarbəkir yatağını təcrübə-sənaye istismarına verib. İyulun əvvəlində bu quyulardan təxminən 40 min ton karbohidrogen xammalı çıxarılıb.

Xatırladaq ki, 1996-cı ildə Malayziyanın "Petronars" Milli dövlət şirkəti Türkmənistan höküməti ilə Xəzərin Maxtumqulu, Ovez və Diyarbəkir yataqlarının daxil olduğu "Blok-1" müqavilə ərazisinin kəşfiyyatı və işlənməsi üçün məhsulun bölüşdürülməsi haqqında 25 illik Saziş (MBS) imzalayıb. Hər üç yataqda axtarış-kəşfiyyat quyularının qazıntısı zamanı şirkətin əldə etdiyi təbii və səmt neft qazının yüksəkdebitli neft axınları türkmən şelfinin müstəsna perspektivləri, burada karbohidrogen xammalının böyük ehtiyatlarının olması barədə geofiziki tədqiqatların məlumatlarını təsdiq edib. Onlar həmçinin yanacaq ehtiyatını dəqiqləşdirmək, istimar işlərinin qrafikini və müqavilə ərazisində neft və qazın işlənmə planını müəyyən etmək imkan yaradıblar.

Trend in verdiyi xəbərə görə, hazırda Xəzər dənizinin türkmən sektorunun Amerikanın "Vestern Geofizikal" şirkətinin seysmik tədqiqatları əsasında proqnozlaşdırılan karbohidrogen ehtiyatları 12 milyard ton neft təşkil edir, bu isə Türkmənistanın bütün "qara qızıl" yataqlarının yarıdan çoxu və 6 trilyon kubmetrdən çox təbii qaz deməkdir. "Petronars" şirkətindən başqa, MBS əsasında dəniz yataqlarında hazırda "Mayersk" (Danimarka) şirkəti işləyir. Bu şirkət neft və qazın olduğu Orta Xəzər hövzəsindəki iki müqavilə bloku üzrə seysmik tədqiqatlar proqramını artıq başa çatdırıb. Bundan başqa, Ceytun və Ciqalıbek yataqlarının daxil olduğu "ÇelekenÜ müqavilə ərazisində "Draqon Oyl" ingilis-ərəb şirkəti neft hasil edir. Rusiya, Ukrayna, Almaniya, Kanada və digər dövlətlərin böyük neft-qaz şirkətləri də Xəzərin karbohidrogen resurslarının mənimsənilməsi sahəsində Türkmənistan höküməti ilə əməkdaşlıq haqqında danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti