...

Kofi Annan İsrail və Livan arasında müharibənin dayandırılmasını tələb edib

Dünya xəbərləri Materials 26 İyul 2006 16:47 (UTC +04:00)

BMT-nin baş katibi Kofi Annan İsrail və Livan arasında hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir.

"İlk növbədə biz iyulun 12-də başlamış hərbi əməliyyatları dərhal dayandırmalıyıq. Qeyd edək ki, həmin vaxt "Hizbullah" hərəkatı düşünmədən hücuma keçmiş, göy xətti keçərək iki İsrail əsgərini oğurlamışdır".

Trend in xəbər verdiyi kimi, K.Annan Romada Yaxın Şərq münaqişəsinin nizamlanmasına həsr olunmuş beynəlxalq konfransda bəyan edib ki, "biz hərbi əməliyyatları dayandırmalıyıq. Çünki biz ciddi humanitar yardım böhranı ilə üz-üzə qalmışıq". Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti